“Milan” Teo ilə yeni müqavilə imzalayacaq

“Milan” Teo ilə yeni müqavilə imzalayacaq

“Milan” Teo Hernandeslə yeni müqavilə imzalamağa hazırlaşır. İtaliya mətbuatının yaydığı məlumata görə, fransalı ilə sözləşmə 2026-cı ilin yayınadək uzadılacaq. 24 yaşlı müdafiəçi yeni müqavilə ilə əvvəlki maaşından 3 dəfə çox – illik 4,5 milyon avro maaş alacaq.  

Qeyd edək ki, Teonun hazırki müqaviləsi 2024-cü ilə qədərdir. O, bu mövsüm 20 matçda 4 qol vurub və 5 qolun ötürməsini verib. 

 


ETOPAZ

Əvvəlki yazı

Poqba qol həsrətinə son qoydu

Növbəti yazı

“Vest Hem”in futbolçusu həbs oluna bilər