“Milan” 17-də dayandı

“Milan” 17-də dayandı


İtaliya A Seriyasında 13-cü turun görüşləri keçirilib. “Milan” “Fiorentina”ya (3:4) uduzub və 17 matçlıq seriyası qırılıb.

Bu, ölkə çempionatının cari mövsümündə “Rossoneri”nin ilk məğlubiyyətidir. Bu günə qədər “Milan” 10 qələbə qazanıb, 2 heç-heçə etmişdi.

Stefano Piolinin yetirmələrinin məğlubedilməz oyunlar seriyası ötən mövsümdən başlayıb və 17 matç davam edib – 14 qələbə və 3 heç-heçə.

Qeyd edək ki, hazırda “Milan” 32 xalla 2-ci, “Fiorentina” 21 xalla 7-ci pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”nın seriyası 14-ə çatdı

Növbəti yazı

Sulşer gedir, Karrik və Fletçer arasında seçim