Mikautadzedən daha bir uğur

Mikautadzedən daha bir uğur

Jorj Mikautadze Avropa çempionatları tarixinə düşüb. O, millisinin turnirdəki ilk üç oyununda qol vuran 4-cü futbolçu olub.

Jorj qrup mərhələsinin III turunda Portuqaliyanın (2:0) qapısına yol tapıb. O, bunadək Türkiyə (1:3) və Çexiyaya (1:1) da qol vurub.

Mikautadzeyə qədər yalnız üç oyunçu bunu bacarıb. Viktor Ponedelnik SSRİ, Xristo Stoiçkov Bolqarıstan, Qaret Beyl Uels millisinin heyətində eyni uğura imza atıb.

ETOPAZ

Əvvəlki yazı

1/8 finalın bütün cütləri bəlli oldu

Növbəti yazı

Millimizin rəqibləri müəyyənləşdi