Messi Ronaldonun rekordunu təkrarladı

Messi Ronaldonun rekordunu təkrarladı

Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Leypsiq”lə qarşılaşan PSJ 3:2 hesabı ilə qalib gəlib. Fransa təmsilçisinin iki qoluna Lionel Messi imza atıb. Argentinalı bununla da bir neçə maraqlı statistik göstəricinin müəllifi olub.

34 yaşlı forvard 2021-ci ildəki qol sayını 40-a çatdırıb. O, bu qollara Argentina yığması, “Barselona” və PSJ-də imza atıb.  Messi karyerasında 12-ci dəfə il ərzində 40 və daha çox qol vurur.

“Leypsiq”in qapısına ilk dəfə yol tapan cənubi amerikalı Çempionlar Liqasında 37-ci rəqibi məyus edib. O, bu göstəricidə Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

Lionel Çempionlar Liqasında 123-cü qolunu vurub. O, 120 dəfə “Barselona”, 3 dəfə PSJ-də fərqlənib. Messi yalnız Kriştiano Ronaldodan (136) geri qalır.

ETOPAZ

Əvvəlki yazı

“Milan”dan antirekord

Növbəti yazı

Qurban Qurbanov: “Futbolçulara inanıram”