“Milan”dan antirekord

“Milan”dan antirekord

“Milan” Çempionlar Liqasının III turunda “Porto”ya 0:1 hesabı ilə uduzub. İtaliya klubu bu məğlubiyyətlə antirekorda imza atıb.

İlk iki turda “Liverpul”a 2:3, “Atletiko”ya 1:2 hesabı ilə yenilən Stefano Piolinin yetirmələri birinci dövrəni xalsız bitirib. Milanlılar klub tarixində ilk dəfə Çempionlar Liqasının qrupunda ilk üç oyunda uduzub.

ETOPAZ

Əvvəlki yazı

75-ci mövsümə start

Növbəti yazı

Messi Ronaldonun rekordunu təkrarladı