Messi “Monpelye” ilə oyunu da buraxacaq

Messi “Monpelye” ilə oyunu da buraxacaq

PSJ-nin argentinalı ulduzu Lionel Messi daha bir oyunu buraxacaq. Buna səbəb hücumçunun zədədən sonra bərpa prosesi keçməsidir.

Liqa1-in VI turunun “Lion”la görüşündə (2:1) dizindən xəsarət aldığı üçün əvəzlənən Messi “Mets”lə ötən turun matçını (2:1) da buraxmalı olub. Futbolçunun bərpa prosesi uğurlu keçsə də, məşqçilər korpusu risk etmək istəmir.

Baş məşqçi Maurisio Poçettino bu üzdən cənubi amerikalının tam sağalmasını gözləməyə üstünlük verir. Lionelin VIII turun “Monpelye” ilə qarşılaşmasını bu səbəbdən buraxacağı gözlənilir.

Xatırladaq ki, PSJ sentyabrın 28-də Çempionlar Liqasında “Mançester Siti” ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 24.09.2021

Növbəti yazı

A seriyasında tamaşaçılarla bağlı məhdudiyyət götürüləcək