Sürpriz kupon – 24.09.2021
“Fürt” – “Bavariya” – ÜST
Bundesliqada autsayderlə liderin duelində məhsuldar nəticə gözləyirəm. “Bavariya” səfərdə də qol maşını kimi özünü göstərməyə çalışacaq. Adətən belə komandalar zəif rəqibi meydandan peşman yola salmağı xoşlayır.
“Altay” – “Beşiktaş” – ÜST
Dördüncü yerdə qərarlaşan komandayla liderin mübarizəsində məhsuldar nəticə qeydə alınacağını gözləyirəm. “Altay” klubu cari mövsüm demək olar meydanı qolsuz tərk etmir. Ona görə meydan sahiblərinin ən azı bir dəfə “Beşiktaş”ı mərkəzə dəvət edəcəyini düşünürəm.
“Sportinq” – “Maritimo” – QQ
“Maritimo” Portuqaliya çempionatında keçirdiyi 6 oyunda eyni sayda qol vurub. Komandanın hücumçuları vəzifəsinin öhdəsindən layiqincə gəlmir. Bununla belə qonaqlar güclü rəqiblərlə matçlarda ən azı 1 qol vurmağı bacarır.
“Fürt” – “Bavariya” – ÜST – 1.18
“Altay” – “Beşiktaş” – ÜST – 1.74
“Sportinq” – “Maritimo” – QQ – 2.35
Cəmi: 4.82