Messi “Mets”ə qarşı oynamayacaq

Messi “Mets”ə qarşı oynamayacaq

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi növbəti oyunu buraxacaq. Bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.

Argentinalı Liqa1-in VII turunun sabah keçiriləcək “Mets”lə qarşılaşmasını buraxmalı olacaq. Buna səbəb futbolçunun zədəsidir.

Cənubi amerikalı VI turun “Lion”la qarşılaşmasında (2:1) zədələnib. Bu üzdən də Messi 75-ci dəqiqədə əvəzlənib.

Müayinə onun sol dizində problemi üzə çıxarıb. 48 saatdan sonra futbolçu təkrar müayinədən keçməli olduğundan “Mets”ə qarşı oynaya bilməyəcək.

ETOPAZ

Əvvəlki yazı

Hames Rodriges “Əl-Rəyyan”da

Növbəti yazı

Levandovski “Qızıl buts”unu aldı