Levandovski “Qızıl buts”unu aldı

Levandovski “Qızıl buts”unu aldı

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovskiyə “Qızıl buts” mükafatı təqdim olunub. Bunu Münhen təmsilçisinin mətbuat xidməti açıqlayıb.

33 yaşlı polşalı hücumçu 2020/2021 mövsümündə Avropa ölkələrinin çempionatlarının ən yaxşı bombardiri kimi mükafatlandırılıb. O, Bundesliqada keçirdiyi 29 oyunda 41 qola imza atıb. Levandovski “Barselona”da 30 qol vuran Lionel Messi və “Yuventus”da 29 dəfə fərqlənən Kriştiano Ronaldonu arxada qoyub.

Xatırladaq ki, Robert karyerasında ilk dəfə “Qızıl buts”a sahib olur.

ETOPAZ

Əvvəlki yazı

Messi “Mets”ə qarşı oynamayacaq

Növbəti yazı

FİFA-dan Macarıstana ağır cəza