Messi məşqləri bərpa edir

Messi məşqləri bərpa edir

Fransa PSJ-sinin hücumçusu Lionel Messinin məşqlərə başlayacağı tarix müəyyənləşib. Argentinalı hücumçu sabahdan komandaya qoşula biləcək.

“Lion”la qarşılaşmada (2:1) sol dizindən zədə aldığı üçün əvəzlənən və “Mets”lə oyunu (2:1) buraxan 34 yaşlı forvardın “Monpelye” ilə sabah keçiriləcək matçda da iştirakı gözlənilmir. Baş məşqçi Maurisio Poçettino həmyerlisinin Çempionlar Liqasında “Mançester Siti” ilə keçiriləcək qarşılaşmaya hazır olmasını istəyir.

Xatırladaq ki, II turun PSJ – “Mançester Siti” görüşü sentyabrın 28-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

10 tennisçi Çikaqoda oynamaqdan imtina etdi

Növbəti yazı

Blek NBA-ya qayıtdı