Messi ilk 3-lükdə
MLS-də ilin ən yaxşı transferi adına namizədlər müəyyənləşib. Bunu liqanın mətbuat xidməti açıqlayıb.
“İnter Miyami”nin superulduzu Lionel Messi də namizədlər siyahısındadır. Bu mükafata iddiaçıların “Top-3”də “Atlanta Yunayted”in hücumçusu Qiorqis Yakumakis və “Sent Luis Siti”nin yarımmüdafiəçisi Edvard Leven yer alıb.