Günün kuponu – 28.10.2023
“Barselona” – “Real” – 2,5 ÜST
Bütün dünyanın səbrsizliklə gözlədiyi və böyük maraqla izlədiyi el-klassiko. “Barselona” qalib gələcyi halda liderliyi “Real”dan təhvil alacaq. Amma hətta turnir cədvəlindəki vəziyyət tələb etməsə belə, el-klassikoda hər zaman tərəflər yalnız qələbə üçün oynayıb. Ona görə bol qollu derbi gözləyirəm.
“Auqsburq” – “Volfsburq” – 1-ci hissə cüt şans 12
Bu oyunun bol qollu keçəcəyini təxmin etmək üşçün yetərincə əsas var. Elə təkcə komandaların vurub-buraxdığı qolların sayı bunun üçün kifayətdir. Belə oyunlarda isə adətən hesab ilk yarıda açılır və çox hallarda tərəflərdən biri fasiləyə hesabda öndə yollanır.
“Borussiya” (Münhenqladbax) – “Haydenhaym” – 2,5 ÜST
Hər iki komandanın müdafiəsi zəif təsir bağışlayır. 8 turda Münhenqladbax klubu qapısından 19, “Haydenhaym” 20 qol buraxıb. Fikrimcə, aralarındakı matçda tərəflərin bir-birinə qarşılıqlı “qol hədiyyələri” olacaq.