Messi daha bir oyun buraxacaq

Messi daha bir oyun buraxacaq

 Lionel Messi “İnter Mayami”nin daha bir oyununu buraxa bilər. Argentinalı ulduzun “Nyu-York Siti” ilə matçda iştirakı sual altına düşüb.

Buna səbəb hücumçunun ayağındakı zədədir. O, komandasının son məşqində iştirak etsə də, durumu qənaətbəxş sayılmır. Məşqçilər korpusu onun tam sağalmasını gözləyir.

 36 yaşlı forvard son 5 matçdan dördündə iştirak etməyib. Buna həm zədə, həm yığmaya çağırılması səbəb olub.

ETOPAZ

Əvvəlki yazı

Salahın qazancı açıqlandı

Növbəti yazı

Plişkova mövsümü bitirdi