Plişkova mövsümü bitirdi
Karolina Plişkova mövsümü başa vurub. Dünyanın sabiq birinci raketkası zədə üzündən bu il korta çıxmayacaq.
31 yaşlı çexiyalı sol biləyindəki zədədən əziyyət çəkir. O, bu il 22 qələbə qazanıb. Karolina 20 matçda uduzub.
Son 9 ayda 1/4 finala qədər irəliləməyən Plişkovanın son turniri Qvadalaxarada olub. O, Meksikadakı turniri ikinci mərhələdə başa vurub.