Messi “1+1” illik müqavilə imzalayacaq

Messi “1+1” illik müqavilə imzalayacaq

Lionel Messinin gələcək karyerasına aydınlıq gəlib. Argentinalı hücumçu PSJ-də qalacaq.

Artıq onun yeni müqaviləsinin müddəti də bəlli olub. 35 yaşlı forvard Fransa klubu ilə 1+1 illik anlaşma imzalayacaq.

Artıq tərəflər arasında danışıqlar yekunlaşıb. Yaxın günlərdə sözləşmə rəsmiləşdiriləcək.

Qeyd edək ki, 2021-ci ilin yayında Paris klubuna keçən Messinin hazırkı müqaviləsi 2+1 illik imzalanıb. Yani anlaşma 2023-cü ilin yayında qüvvəyə minəcək.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”də 4 müqavilə

Növbəti yazı

“Qarabağ”dan darmadağın