“Memfis”də iki vida

“Memfis”də iki vida

“Memfis” NBA-nın yeni mövsümü ərəfəsində təşkil olunacaq təlim-məşq toplanışına qatılacaq heyəti müəyyənləşdirib. Gələn həftə start götürəcək hazırlıqda yeni basketbolçular da olacaq.

“Qrizlis” İvan Ponsla iki tərəfli müqavilə imzalayıb. Şak Byukenen və Şon Makdermotla da anlaşma əldə olunub.

İki oyunçudan imtina edilib. Bunlar müdafiəçi Karsen Edvards və mərkəz oyunçusu Daniel Oqurudur.

Hər iki basketbolçu dəyişiklik sayəsində komandaya qoşulmuşdu. Edvards “Boston”, Oquru “Klippers”lə oyunçu dəyişikliyindən sonra “Qirzlis”ə qatılıb. Klub rəhbərliyi onlarla vidalaşmağa üstünlük verib.

ETOPAZ

Əvvəlki yazı

La Liqada 5-ci

Növbəti yazı

Messi üçün 20 min avroluq icarə