La Liqada 5-ci
İspaniya La Liqasının VII turunda “Vilyarreal”la qarşılaşan “Real” qolsuz heç-heçə ilə kifayətlənib. 0:0 hesabı ilə başa çatan görüş Madrid təmsilçisinin qapıçısı Tibo Kurtuanın La Liqada 100-cü quru oyunu olub.
217-ci matçına çıxan belçikalı qolkiper 100-cü dəfə qapısını toxunulmaz saxlayıb. O, La Liqada XXI əsrdə buna nail olan 5-ci əlcək sahibidir.
Onlardan yalnız Yan Oblak “100”ə daha tez çatıb. “Atletiko”nun sloveniyalı qapıçısının 100-cü quru oyunu 182-ci matçında gerçəkləşib.