“Memfis” klub rekordunu yenilədi

“Memfis” klub rekordunu yenilədi

“Memfis” basketbolçuları “Nyu Orlean”la oyunun üçüncü rübündə 55 xal toplayıblar. Bununla da, görüşün dörddə birində yığılan xal sayında yeni klub rekordu müəyyənləşdiriblər.

Matç 141:114 hesabı ilə “Qrizlis”in qələbəsi ilə başa çatıb. Qaliblər arasında 23 xalla Dilyon Bruks görüşün ən məhsuldarı olub. Cey Morant 21 xal, Brandon Klark 20 xal yığmağı bacarıb.

Bir rübdə yığılan xallar üzrə NBA rekordu “Buffalo” (hazırkı “Klippers”) komandasına məxsusdur. 20 oktyabr 1972-ci ildə komanda dördüncü rübdə “Boston”la qarşılaşmada 58 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Vitsel “Borussiya”dan ayrılacaq

Növbəti yazı

Beyl 655 gün sonra oynadı və fitə basıldı