Meksika – Kanada oyununda qalmaqal

Meksika – Kanada oyununda qalmaqal

DÇ-2022-nin seçmə mərhələsində keçirilən Meksika – Kanada oyununda (1:1) qalmaqal yaşanıb. Mexikonun “Atsteka” stadionundakı matç 59-cu dəqiqədə dayandırılıb.

Buna azarkeşlərin səsləndirdiyi şüarlar səbəb olub. Qarşılaşma qısa fasilədən sonra davam etdirilib.

Bu, meksikalı azarkeşlərin ilk belə hərəkəti deyil. Kanada ilə KONKAKAF kuboku, Dominikan Respublikası və ABŞ-la seçmə oyunlarında fanatlar özlərini belə aparıblar. Həmin vaxt FİFA Meksika millisini iki matçı tamaşaçısız keçirməklə cəzalandırıb.

ETOPAZ

Əvvəlki yazı

“Qolden Steyt” Lenqstonla yollarını ayırdı

Növbəti yazı

25 aydan sonra