25 aydan sonra
İndian-Uellsdə keçirilən turnirin ikinci mərhələsində sensasiya qeydə alınıb. Dünyanın 47-ci raketkası Ayla Tomlyanoviç favoritlər sırasında olan Qarbinye Muqurusaya qalib gəlib.
O, reytinqin altıncısını üç setdə məğlub edib – 6:3, 1:6, 6:3. Ayla son 7 ildə ilk dəfə Qarbinye üzərində qələbə qazanıb. Avstraliyalının son uğuru 2014-cü ildə Mayamidə qeydə alınıb.
Tomlyanoviç 2019-cu ilin sentyabrından sonra ilk dəfə “Top-10”dan olan rəqibi məğlubiyyətə uğradıb. O, bu 25 ay ərzində 9 dəfə güclü rəqibləri qarşısında aciz qalıb.