Medvedev Zverevə şərik çıxdı

Medvedev Zverevə şərik çıxdı

Dünyanın ikinci raketkası Daniil Medvedev 2021-ci ilin rekordunu təkrarlayıb. Rusiyalı mövsümdə ən çox qələbə qazanan tennisçi adına şərik olub. O, Devis kubokunda Emilio Qomesə 6:0, 6:2 hesabı ilə qalib gəlib. Medvedev bununla da 58-ci qələbəsini qazanıb.

Rusiyalı bu göstəricidə almaniyalı tennisçi Aleksandr Zverevə çatıb. Hər iki idmançı 58 dəfə qalib gəlib.

Ümumilikdə isə bu il 7 tennisçi 50 və daha çox oyunda qələbə qazanıb. Medvedevlə Zverevin lider olduğu siyahıda Stefanos Tsitsipas, Kasper Ruud, Novak Cokoviç, Kemeron Norri və Andrey Rublyov da yer alıb.

e-Topaz

Əvvəlki yazı

“Palmeyras”dan ardıcıl ikinci kubok

Növbəti yazı

PSJ-dən cəlbedici təklif