“Palmeyras”dan ardıcıl ikinci kubok
Libertadores kubokunun qalibi müəyyənləşib. Uruqvaydakı “Sentenario” stadionunda baş tutan finalda Braziliya təmsilçiləri “Palmeyras” və “Flamenqo” üz-üzə gəlib. Əsas vaxtı 1:1 hesabı ilə bitən matçın taleyi əlavə vaxtda həll olunub.
Oyunun 95-ci dəqiqəsində fərqlənən Deyverson “Palmeyras”a 2:1 hesablı qələbə qazandırıb. Bu, klub tarixində 3-cü belə uğurdur. Ardıcıl ikinci dəfə qitənin ən yaxşısı olan “Palmeyras” ötən il finalda “Santos”a 1:0 hesabı ilə qalib gəlib. Komandanın ilk uğuru isə 1999-cu ilə təsadüf edib.