Mbappeyə PSJ-dən yeni təklif

Mbappeyə PSJ-dən yeni təklif

PSJ hücumçusu Kilian Mbappeni heyətində saxlamaq üçün ona növbəti təklifi edib. Fransa klubu futbolçuya 2 illik müqavilə üçün 180 milyon avro bonus verməyə hazırdır.

Bunadək Mbappeyə 150 milyon vəd edən parislilər məbləği 30 milyon artırıb. Hücumçu anlaşmaya imza atsa, ildə 25 milyon maaş alacaq. Bir sözlə, futbolçu 2 il üçün ümumilikdə 230 milyon əldə etmək imkanına malikdir.

Bu anlaşmadan hücumçunun valideynləri də qazanacaq. Əgər Kilian Paris klubunda qalsa, onlara 50 milyon çatacaq. “Real”la ilkin razılığa gələn Mbappe cari mövsümdə 38 oyunda 28 qol və 17 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” 3 futbolçu alacaq

Növbəti yazı

“Böyük beşlik”də ilk