“Yuventus” 3 futbolçu alacaq
“Yuventus”un yay transfer pəncərəsi ilə bağlı planları bəlli olub. İtaliya klubu mövsümlərarası dövrdə üç futbolçu almağı planlaşdırır.
Turin təmsilçisi sol cinah müdafiəçisi, qol vurmaq bacarığına malik yarımmüdafiəçi və hücumçu Paulo Dibalanı əvəzləyəcək oyunçu axtarır. Argentinalının yayda komandadan gedəcəyi gözlənilir.
Müqaviləsi başa çatacaq qapıçı Mattia Perin və müdafiəçi Xuan Kuadrado isə anlaşmanı uzatmaq niyyətindədir. “Yuventus” Mattia de Şilyo ilə müqaviləni uzatmaq barədə razılıq əldə edib.