Mbappedən yubiley

Mbappedən yubiley

Fransa çempionatının 28-ci turu keçirilir. PSJ “Klermon”u qəbul edib – 1:1.

Parislilərin hücumçusu Kilian Mbappe komandasının start heyətində yer almasa da, 67-ci dəqiqədə əvəzedici heyətlə meydana daxil olub. Bu, fransalı futbolçunun Paris klubu ilə 300-cü matçı olub. Son 299 matçda Mbappe 251 qol vurub və 106 məhsuldar ötürmə edib. Hücumçunun PSJ ilə müqaviləsi bu yay başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”da istefa

Növbəti yazı

“Neftçi”də ciddi itkilər