“Araz-Naxçıvan”da istefa
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırovla yollar ayrılıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Bağırov 2023-cü ilin yayında “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunmuşdu.