Mbappedən yeni rekord

Mbappedən yeni rekord

PSJ-nin futbolçusu Kilian Mbappe yeni rekorda imza atıb. Hücumçu Çempionlar Liqasında start heyətində meydana çıxdığı ardıcıl 10 ev oyununda qol sevinci yaşayıb.

O, bu uğurlu seriyasını 1/8 final mərhələsinin “Real Sosyedad”la görüşünə davam etdirib. Kilian turnirin tarixinə belə göstəriciyə imza atan ilk futbolçu kimi düşüb.

25 yaşlı forvard İspaniya klubu ilə matçın 58-ci dəqiqəsində hesabı açıb. Paris təmsilçisi bu qarşılaşmada iki cavabsız qolla qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo 1000-ə çatdı

Növbəti yazı

“Bavariya”nın uğurlu seriyası sona çatdı