Mbappe üçün 90 milyon

Mbappe üçün 90 milyon

Kilian Mbappe yay fasiləsində 90 milyon avro qazanmaq imkanına malikdir. Fransalı hücumçu PSJ-də qalmaqla bu vəsaitə sahib çıxacaq.

24 yaşlı forvardın müqaviləsində bu barədə bənd var. O, klubunu dəyişməsə, 90 milyonluq bonus əldə edəcək.

Mbappenin bu məbləğdən imtina etməyəcəyi gözlənilir. Komandadakı durumundan məmnun olan forvard başqa kluba keçməklə böyük vəsait itirmək fikrində deyil.

Qeyd edək ki, Kilian mövsümün 40 matçında 38 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”dan Devis qərarı

Növbəti yazı

Günün kuponu – 28.05.2023