Mbappe PSJ-də qalacaq

Mbappe PSJ-də qalacaq

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe gələcək karyerası ilə bağlı qərarını verib. Bunu tanınmış jurnalist Daniel Riolo açıqlayıb.

O bildirib ki, ulduz hücumçu Fransa klubunu tərk etmək fikrindən daşınıb. Mbappe PSJ ilə yeni müqavilə imzalamağı planlaşdırır. O, Paris təmsilçisində qalmaqla bağlı qərarını gələn ay elan edəcək.

Müqaviləsi yayda başa çatacaq Mbappenin azad agent kimi “Real”a keçəcəyi gözlənilirdi.

ETOPAZ

Əvvəlki yazı

“Qalatasaray”da ciddi itki

Növbəti yazı

Ançelotti Londona aparılmadı