Mbappe İbrahimoviçi keçdi

Mbappe İbrahimoviçi keçdi

Liqa 1-in 35-ci turunda “Strasburq”un qonağı olan PSJ səfərdən bir xalla dönüb. 3:3 hesabı ilə bitən qarşılaşmada Paris klubunun iki qoluna Kilian Mbappe imza atıb.

Bununla da 24 yaşlı hücumçu komandasındakı ümumi qol sayını 115-ə çatdırıb. O, 113 dəfə fərqlənən Zlatan İbrahimoviçi keçib.

PSJ tarixinin bombardirləri siyahısında 4-cü yerə yüksələn Mbappe 139 matçda buna nail olub. Paris təmsilçisinin rekordçusu 138 dəfə qol sevinci yaşayan uruqvaylı Edinson Kavanidir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 30.04.2022

Növbəti yazı

Kenin “Rolan Qarros”da oynamayacaq