Kenin “Rolan Qarros”da oynamayacaq

Kenin “Rolan Qarros”da oynamayacaq

“Australian Open-2020”nin çempionu Sofiya Kenin “Rolan Qarros”da oynamayacaq. ABŞ tennisçisi mayın 22-də start götürən turnirdə iştirakdan imtina edib.

Onu yarışda Bernarda Pera əvəzləyəcək. Kenin 2022-ci ildə uğursuzluq zolağına düşüb. O, qatıldığı 6 turnirdən yalnız birincisində Adelaidada qələbə sevinci yaşayıb.

Ardıcıl 6 məğlubiyyət alan Sofiya dünya reytinqində 151-ci yerə yuvarlanıb.

e-Topaz

Əvvəlki yazı

Mbappe İbrahimoviçi keçdi

Növbəti yazı

“Memfis” 7 ildən sonra mərhələ adladı