Maykl Cordanla Skotti Pippenin rekordu təkrarlandı

Maykl Cordanla Skotti Pippenin rekordu təkrarlandı

Demar Derozan və Zak Levin “Çikaqo”nun tarixinə düşüb. Onlar “Bulls”un ikinci basketbolçu cütlüyüdür ki, eyni oyunda hərəyə ən azı 30 xal və 9 ötürməyə imza atıb.

Demarla Zak “Atlanta” ilə matçda (130:118) fərqlənib. Bu görüşdə Demar 35 xal və 10 ötürmə, Zak 30 xal və 9 ötürmə ilə fərqlənib.

Onlara qədər “Çikaqo”da yalnız Maykl Cordanla Skotti Pippen belə uğura imza atıb. Onlar 1991-ci il martın 31-də məhsuldarlıq nümayiş etdirib.

ETOPAZ

Əvvəlki yazı

“Australian Open”də daha bir imtina

Növbəti yazı

“Milan”dan üçqat maaş təklifi