“Masters” tarixində ilk dəfə

“Masters” tarixində ilk dəfə

İndian-Uellsdə keçirilən “Masters” turnirində yarımfinal cütləri dəqiqləşib. 26-cı raketka Kemeron Norri 28-ci olan Qriqor Dimitrovla üz-üzə gələcək. Dünyanın 36-clsl Nikoloz Basilaşvili 39-cu Teylor Fritslə qarşılaşacaq.

“Masters” turnirləri tarixində ilk dəfə yarımfinalda “Top-25” təmsilçisi yoxdur. İndiyədək 4 turnirdə yalnız bir belə tennisçi olub.

Hamburq 1990-da Boris Bekker, Monte-Karlo-1992-də Aaron Kriksteyn, Hamburq-1993-də Mixael Ştix, Kanada-2000-də Marat Safin yarımfinala yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl”ın Mourinyo arzusu

Növbəti yazı

“Sent-Etyen” satılmadı