“Nyukasl”ın Mourinyo arzusu

“Nyukasl”ın Mourinyo arzusu

İtaliyanın “Roma” klubunun baş məşqçisi Joze Mourinyo yenidən İngiltərədə çalışa bilər. Portuqaliyalı mütəxəssis “Nyukasl”ın hədəfindədir.

Premyer Liqa təmsilçisinin yeni sahibləri 58 yaşlı çalışdırıcının xidmətində maraqlıdır. İndiki baş məşqçi Stiv Brüslə vidalaşmaq niyyətində olan “Nyukasl” rəhbərliyi Mourinyonu əsas namizəd kimi görür. Onun “Roma” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Xatırladaq ki, Mourinyo İngiltərədə “Çelsi”, “Tottenhem” və “Mançester Yunayted”ə rəhbərlik edib.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”ya təklif

Növbəti yazı

“Masters” tarixində ilk dəfə