“Sent-Etyen” satılmadı

“Sent-Etyen” satılmadı

Fransanın “Sent-Etyen” klubunun satışı baş tutmayıb. Kamboca şahzadəsi Norodom Raviçak Liqa1 təmsilçisini almaqdan imtina edib.

Buna komandanın çempionatdakı uğursuz çıxışı səbəb olub. Mövsümün startındakı nəticələr və klubun maliyyə sənədləri ilə tanışlıq asiyalını fikrindən daşınması ilə yekunlaşıb.

Hazırda cəmi 4 xala malik “Sent-Etyen” turnir cədvəlinin 20-ci pilləsindədir. Komanda sabah “Strasburq”la qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

“Masters” tarixində ilk dəfə

Növbəti yazı

Səkkiz tennisçi ilk mərhələni buraxacaq