“Masters” tarixində ikinci

“Masters” tarixində ikinci

Dünyanın 12-ci raketkası Qriqor Dimitrov Mayamidəki “Masters”in finalına yüksəlib. O, yarımfinalda dünya reyqinin beşincisi Aleksandr Zverevi məğlub edib – 6:4, 6:7 (4:7), 6:4.

Bolqar tennisçi 1/4 finalda da “Top-5”dən olan rəqibini mübarizədən kənarlaşdırıb. O, ikinci raketka Karlos Alkarası asanlıqla üstələyib – 6:2, 6:4.

Bununla da Dimitrov “Masters” tarixinə həm 1/4, həm də 1/2 final mərhələlərində “Top-5”dən rəqibi məğlub edən 30 yaşdan yuxarı ikinci tennisçi olub. 2004-cü ildə buna Sinsinattidə 34 yaşlı Andre Aqassi imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Hendersondan antirekord

Növbəti yazı

Sinner “40”a çatdı