Sinner “40”a çatdı
Yannik Sinner Mayamidəki “Masters”in finalına yüksəlib. İtaliyalı tennisçi yarımfinalda Daniil Medvedevi məğlub edib.
Dünyanın üçüncü raketkası bununla da “hard”da keçirilən “Masters”də 40-cı qələbəsini qazanıb. O, 21-ci əsrdə anadan olan və bu qədər qalibiyyəti olan ikinci tennisçidir.
Yalnız Karlos Alkaras daha çox qələbəyə malikdir. İspaniyalının 43 uğuru var.