Martinez şəxsi rekordunu yenilədi

Martinez şəxsi rekordunu yenilədi

“İnter” A Seriyasının 36-cı turu çərçivəsində səfərdə “Empoli”yə (4:2) qalib gəlib. Milan təmsilçisinin hücumçusu Lautaro Martinez görüşdə 2 qol vurub.

Argentinalı şəxsi rekordunu yeniləyib. 24 yaşlı futbolçunun aktivində İtaliya çempionatında 33 matçda 19 qol var. Bu, onun şəxsi ən məhsuldar göstəricisidir. Ötən mövsüm o, 38 matçda 17 qol vurub.

Ümumilikdə, hücumçu bu mövsüm “İnter”in heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 23 qol vurub və 3 məhsuldar ötürmə edib. Lautaro A Seriyasının bombardirləri siyahısında üçüncüdür. O, yalnız “Yuventus”un hücumçusu Duşan Vlahoviç (23) və “Latsio”nun forvardı Çiro İmmobiledən (27) geri qalır.

ETOPAZ

Əvvəlki yazı

“Monako” Tçuameniyə 70 milyon istəyir

Növbəti yazı

Lauri meydanlara qayıtdı