Lauri meydanlara qayıtdı
“Mayami”nin basketbolçusu Kayl Lauri sol bud dizindəki zədəni sağaldıb. O, dörd oyunu buraxdıqdan sonra “Filadelfiya” ilə görüşdə sıralara qayıdıb.
“Siksers”lə seriyanın üçüncü matçında (79:99, 2-1) Lauri meydanda 25 dəqiqə olub. O, xal qazana bilməyib. Lakin 4 ribaund və 3 assistlə yadda qalıb.