Martinesə cəza

Martinesə cəza

Argentina millisinin qapıçısı Emiliano Martines cəzalandırılıb. Bu barədə qərarı FİFA verib.

Qolkiper iki oyunluq diskvalifikasiya edilib. 32 yaşlı əlcək sahibi DÇ-2026-nın bu ay keçirilən Çili (3:0) və Kolumbiya (1:2) ilə matçlarındakı hərəkətlərinə görə cəza alıb. O, ilk matçda qeyri-etik jest edib, ikinci görüşdə televiziya kamerasına zərbə endirib.

Qeyd edək ki, Emiliano oktyabrda Venesuela və Boliviyaya qarşı seçmə oyunları buraxacaq.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” 199 milyon ziyanda

Növbəti yazı

“Sabah”ın Avropa kubokunda sonuncu rəqibi