“Marsel”də yeni hücumçu
“Marsel” heyətinə yeni futbolçu qatıb. Fransa klubu konqolu hücumçu Sedrik Bakambu ilə anlaşıb.
Çinin “Beyçzin Qoan” klubu ilə müqaviləsi başa çatan 31 yaşlı forvard Liqa1 təmsilçisi ilə razılığa gəlib. Tərəflər 2,5 illik müqavilə imzalanmasını qərara alıb.
Qeyd edək ki, “Marsel” Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibidir