Maquayr “Mançester Yunayted”də qalacaq

Maquayr “Mançester Yunayted”də qalacaq

Harri Maquayr “Mançester Yunayted”də qalacaq. İngiltərə klubunun rəhbərliyi kapitanı saxlamağa qərar verib.

Mançesterlilər müdafiəçinin “Çelsi”yə keçməsinə razılıq verməyib. London klubu Maquayrı yarımmüdafiəçisi Kristian Pulişiçə dəyişməyi təklif edib. Amma “qırmızı şeytanlar” 29 yaşlı futbolçusunu buraxmayıb.

Qeyd edək Ki, Maquayr 2019-cu ildə “Lester”dən 87 milyon avroya transfer olunub. Üç ildə 146 oyuna çıxan müdafiəçi 7 qola imza atıb. 
 

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 23.08.2022

Növbəti yazı

“Yuventus” Kyezanın adını Çempionlar Liqasının heyətinə salmadı