Manedən rekord: 10 ildən sonra

Manedən rekord: 10 ildən sonra

Almaniya Bundesliqasının açılış oyunu darmadağınla başa çatıb. “Ayntraxt”ın qonağı olan “Bavariya” 6:1 hesablı səfər qələbəsi qazanıb.

Münhenlilərin qollarından birinə Sadio Mane imza atıb. Seneqallı “Bavariya”ya transferindən sonra ardıcıl ikinci rəsmi oyunda fərqlənib.

O, bunadək Superkubokun “Leypsiq”lə qarşılaşmasında da (5:3) rəqib qapısına yol tapıb. Mane bununla da ilk iki qarşılaşma üçün klub rekordunu təkrarlayıb.

“Bavariya”dakı ilk iki rəsmi oyununda qol vuran sonuncu oyunçu Mario Mancukiç idi. Xorvatiyalı 2012-ci ildə belə məhsuldarlıq göstərib. Onun startdakı qol seriyası 4 matçdan ibarət olub.

ETOPAZ

Əvvəlki yazı

“Zirə”dən qələbə

Növbəti yazı

“Lill”də yeni müqavilə