“Zirə”dən qələbə
Azərbaycan Premyer Liqasında 2022/23 mövsümü start götürüb. Çempionatın açılış oyununda “Kəpəz” “Zirə”ni qəbul edib.
Qarşılaşma “Dalğa Arena”da baş tutub. Üç qolun vurulduğu matçda 3 xalı qonaqlar qazanıb.
Öncə zirəlilər Mohammed Hamdauinin zərbəsi ilə hesabda önə keçib. Gəncə klubu Mixail Erqemelidzenin qolu ilə məğlubiyyətdən qaçıb – 1:1.
Bakı təmsilçisi Dmitrios Çantakliasın qırmızı vərəqəsindən sonra azlıqda qalsa da, qələbə qolunu vura bilib. Uzatma dəqiqələrində Sərtan Taşkın fərqlənib.
Qeyd edək ki, ilk tura avqustun 8-də yekun vurulacaq.