Mane Cerrardı qabaqladı

Mane Cerrardı qabaqladı

Çempionlar Liqasının 1/4 final mərhələsində “Benfika” ilə oyun “Liverpul”un hücumçusu Sadio Mane üçün əlamətdar olub. Seneqallı forvard komandasının səfərdə 3:1 hesabı ilə qalib gəldiyi görüşdə ikinci topun müəllifi olub.

Bununla “qırmızılar”ın heyətində ÇL-dəki ümumi qol sayını 22-yə çatdıran Mane klubun əfsanəsi Stiven Cerrardı geridə qoyub və ikinci pilləyə yüksəlib. “Liverpul”un bu turnirdəki ən məhsuldar oyunçusu isə Məhəmməd Salahdır. Aktivinə 33 qol yazdıran misirli komanda yoldaşını qabaqlayan yeganə oyunçudur.

Qeyd edək ki, “Liverpul”la “Benfika” arasında cavab oyunu aprelin 13-də birincilərin stadionunda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Qnabri “Bavariya” ilə yeni müqavilə imzalayacaq

Növbəti yazı

Arauxo “Barselona”da qalacaq