“Mançester Yunayted”in Pulişiçlə bağlı planı

“Mançester Yunayted”in Pulişiçlə bağlı planı

ABŞ millisinin futbolçusu Kristian Pulişiç “Mançester Yunayted”in maraq dairəsinə düşüb. Baş məşqçi Erik Ten Haq “Çelsi”nin yarımmüdafiəçisini komandasında görmək istəyir.

Mançesterlilər onu transfer etmək deyil, icarəyə götürməyi planlaşdırır. Kristiana klub axtaran nümayəndələri “Nyukasl” və “Arsenal”la da danışıqlar aparır.

Qeyd edək ki, Pulişiç Premyer Liqanın cari mövsümündə 13 oyunda 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Belçika uduzdu, Mərakeşdən sensasiya

Növbəti yazı

28 ildən sonra