“Mançester Yunayted”in oyunçularına mərmi atəşi

“Mançester Yunayted”in oyunçularına mərmi atəşi

“Mançester Yunayted”in iki futbolçusu “Lids”lə oyunda (4:2) alovlu silahla vurulub. İngiltərə Futbol Assosiasiyası (FA) Premyer Liqanın 26-cı turunun matçında azarkeşlərinin davranışı ilə bağlı araşdırma aparacaq.

“Elland Road” tribunalarından yarımmüdafiəçi Fredin vurduğu qonaqların üçüncü qolundan sonra braziliyalı və Entoni Elanqa atəşə tutulub. Mərmi isveçlinin başına dəyib. Oyunçuya həkimlərin köməyi lazım olub.

Həmçinin, hər iki komandanın azarkeşləri bir-birini təhqir edən şüarlar səsləndiriblər.

FA matçdan sonra bu hadisələrdən xəbərdar olduqlarını, onları araşdırdıqlarını və Vest Yorkşayr Polisi ilə əlaqə saxladıqlarını təsdiqləyib.

ETOPAZ

Əvvəlki yazı

Obameyanqdan tarixi rekord

Növbəti yazı

Arteta “Arsenal”ın gələcək kapitanından danışdı