“Mançester Yunayted”in baş məşqçi postuna yeni namizəd

“Mançester Yunayted”in baş məşqçi postuna yeni namizəd

“Mançester Yunayted”in baş məşqçi postuna daha bir namizədin adı bəlli olub. Norveçli mütəxəssis Ole-Qunnar Sulşerlə yollarını ayıran İngiltərə təmsilçisi Unai Emeriyə elçi düşüb.

Klub rəhbərliyi “Vilyarreal”ın ispaniyalı baş məşqçisi ilə danışıqlara yaxın müddətdə başlamağı planlaşdırır. Mançesterlilərin namizədləri siyahısında Xulen Lopeteqi, Maurisio Poçettino, Brendan Rocers kimi mütəxəssislər də var. Zinəddin Zidan və Roberto Mançini isə Premyer Liqa klubunda çalışmaq təklifini qəbul etməyib.

Qeyd edək ki, vaxtilə İngiltərədə “Arsenal”ı çalışdırmış Emeri bir müddət əvvəl “Nyukasl”dan aldığı təklifi rədd edib.

ETOPAZ

Əvvəlki yazı

37 milyonçu

Növbəti yazı

Ronaldodan “Bentley” hədiyyə