“Mançester Yunayted”də vida

“Mançester Yunayted”də vida

Xuan Mata “Mançester Yunayted”dən ayrılıb. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

34 yaşlı ispaniyalı Premyer Liqa təmsilçisinə azad agent kimi vida edib. Müqaviləsi başa çatan oyunçu ilə yeni anlaşma imzalanmayıb.

Qeyd edək ki, ispaniyalı 2014-cü ildən çıxış etdiyi komandada 285 oyunda 51 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

De Paul “Roma”nın hədəfində

Növbəti yazı

“Tottenhem”də yeni qapıçı