“Mançester Yunayted”də ayrılıqlar

“Mançester Yunayted”də ayrılıqlar

“Mançester Yunayted”i tərk edəcək iki futbolçunun adı bəlli olub. Erik Bayli və Fil Cons Premyer Liqa klubu ilə vidalaşacaq.

Bunu futbolçuların özləri komanda yoldaşları ilə söhbətdə açıqlayıb. 28 yaşlı Baylinin müqaviləsi 2024-cü ildə başa çatmalı olsa da “qırmızı şeytanlar” onu saxlamağı lazım bilmir. O, cari mövsümdə cəmi 7 dəfə meydana çıxıb.

Cons müqaviləsinin başa çatdığı 2023-cü ilin yayından bir il əvvəl komandadan gedəcək. 30 yaşlı futbolçu mövsümdə cəmi 8 matçda şans qazanıb.

ETOPAZ

Əvvəlki yazı

2015-ci ildən sonra ilk dəfə

Növbəti yazı

Suares “Barselona” arzusunda